“Simurq” daha bir futbolçu ilə münasibətlərini rəsmiləşdirib.
Korner.az-ın klubun saytına istinadən məlumatına görə, Zaqatala təmsilçisi Antalya toplanışının son günlərində düşərgəyə təşrif buyurmuş Kiso Nenadla rəsmi müqavilə bağlayıb. 23 yaşlı bosniyalı futbolçu mövsümün sonuna qədər “Simurq”un şərəfini qoruyacaq.
Qeyd edək ki, Kiso karyerası ərzində ölkəsinin 21 yaşlılardan ibarət yığma komandasında da forma geyinib. Gənc yarımmüdafiəçinin son klubu ötən mövsüm Macarıstan çempionatının qalibi “Depreçen” kollektivi olub.