Futbol

“Simurq” bombardiri heyətinə qatdı

23.06.2012 , 06:06

Ötən mövsüm "Simurq" klubunun əvəzedici heyətində uğurlu çıxış edən Qafar Qafarov əsas komandaya cəlb olunub. Korner.az-ın məlumatına görə, ötən mövsümkü oyunu ilə əsas komandanın baş məşqçi Georgi Çixradzenin diqqətini cəlb edən gənc hücumçu Zaqatala təmsilçisi ilə birillik müqavilə imzalayıb.

Qeyd edək ki, Qax futbol məktəbinin yetirməsi 2011/2012-ci il mövsümündə əvəzedici heyətlərin Azərbaycan çempionatında Orxan Səfiyaroğludan sonra 14 qolla ən sərrast futbolçu olub.

Son yazılar

Yuxarı