Zaqatalanın "Simurq" klubu Antalya toplanışı çərçivəsində ikinci yoxlama görüşünü keçirib.
Korner.az-ın məlumatına görə, Çixradzenin başçılıq etdiyi komanda Bolqarıstanın ÇSKA klubu ilə qarşılaşıb.
Altı qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib – 3:3.
Xatırladaq ki, "Simurq" ilk matçda Qazaxıstanın “Akjaik” klubuna 0:1 hesabı ilə uduzub.
