Yanvarın 11-dən Antalyada təlim-məşq toplanışında olan "Simurq" qardaş ölkədəki hazırlıqlarını tamamlayıb. A
Korner.az-ın məlumatına görə, Antalyada son məşqinə yanvarın 30-da çıxan Georgi Çixradzenin yetirmələri ötən gün də sonuncu sınaq matçını keçirdi.
Bu gün isə Zaqatala klubu vətənə dönəcək. Gecə saatlarında yola çıxan komandanın səhər Bakıda olması gözlənilir.
Qeyd edək ki, “Simurq” Türkiyə toplanışı çərçivəsində beş yoxlama matçı keçirdi. Georgi Çixradzenin yetirmələri Antalyadakı ilk matçında Qazaxıstanın “Akjayik” klubuna 0:1 hesabıyla uduzdular. Bolqarıstanın CSKA (Sofiya) klubu ilə matçda 3:3, Rusiyanın “Tom” klubu ilə görüşdə isə 1:1 hesabı qeydə alındı. Xorvatiya "Slaven Belupo"su ilə görüş 0:3 hesablı darmadağın, Rumıniya "Petrolul"u ilə duel isə 1:2 hesablı məğlubiyyətlə başa çatmışdı.