"Simurq" klubu Nenad Stoyanoviçlə yollarını ayırıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, futbolçu ilə qarşılıqlı razılıq əsasında müqavilə pozulub.
Qeyd edək ki, Nenad Stoyanoviç mövsümün əvvəlində transfer edilmişdi və geridə qalan 18 turda cəmi 638 dəqiqə meydanda mübarizə aparmışdı.
