Ötən gün Topaz Premyer Liqasının XX turunda “Neftçi”yə məğlub olan “Simurq” növbəti oyunun hazırlıqlarına start verib.
Korner.az-ın klubun saytına istinadən məlumatına görə, səhər saatlarında keçirilən məşqdə Georgi Çixradze yetirmələrini o qədər də çox yormayıb. Əsas heyətdə forma geyinən futbolçular komandadan ayrı uzun məsafəli qaçışdan sonra, isinmə hərəkətləri ilə hazırlığı bitirib.
Digər qrup isə “kvadrat” və iki tərəfli oyunla bugünkü məşqi tamamlayaraq istirahətə çəkilib.
Qeyd edə ki, “Simurq” Topaz Premyer Liqasının XXI turunda Zaqatala şəhər stadionunda “Bakı”nı qonaq edəcək. Qarşılaşma saat 17:00-da start götürəcək.