Bu gün Topaz Premyer Liqasında XXI turu çərçivəsində Zaqatalada keçiriləcək "Simurq" – "Bakı" matçına mərc açmayıb.
Korner.az-ın məlumatına görə, sözügedən oyun ətrafında gəzən söz-söhbətə daha bir təkan məhz "Topaz"ın bugünkü oyuna mərc qəbul etməməsini verir.
Günün digər matçı "Rəvan" – "Qarabağ" eləcə də, digər oyunlara mərc qoyuluşu mümkün olsa da, nədənsə "Simurq" – "Bakı" oyununa "Topaz" yaxın belə getməyib ki, bu da şübhələrə əsas verir.