Premyer Liqanın XXIX turu çərçivəsində doğma arenada "Sumqayıt"ı məğlub edən "Simurq" AZAL-la oyuna hazırlıqları davam etdirir. Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, dünəndən məşqləri bərpa edən komandada kapitan Rasim Ramaldanov və qapıçı Fuad Əhmədov zədəli olduqlarından hazırlıq prosesində iştirak etmir.
XXX turda AZAL-ın qonağı olacaq Zaqatala təmsilçisi ayın 28-də Bakıya gələcək və oyunun keçiriləcəyi meydanda son məşqini edərək qarşılaşmanın başlama vaxtını gözləyəcək.
Xatırladaq ki, AZAL – "Simurq" oyunu aprelin 29-u saat 18:15-də "AZAL Arena"da keçiriləcək.
