Antalyada təlim-məşq toplantısını davam etdirən "Simurq" qardaş ölkədə sonuncu – beşinci sınaq matçına çıxıb.
Korner.az-ın məlumatına görə, Zaqatala təmsilçisinin budəfəki rəqibi Rumıniyanın "Petrolul" klubu olub.
Qarşılaşma rumınların qələbəsi ilə yekunlaşıb – 1:2.
Georgi Çixradzenin yetirmələri Antalyadakı ilk matçında Qazaxıstanın “Akjayik” klubuna 1:0 hesabıyla uduzmuşdular. Bolqarıstanın CSKA (Sofiya) klubu ilə matçda 3:3, Rusiyanın “Tom” klubu ilə görüşdə 1:1 hesabı qeydə alınmışdı.
Xorvatiyanın məhşur "Slaven Belupo" klubu ilə görüş isə 3:0 hesablı məğlubiyyətlə başa çatmışdı.
Yoxlama oyunu
31 yanvar
“Simurq” (Azərbaycan) – “Petrolul” (Rumıniya) – 1:2
Qol: Bojiç, 38