Antalyada təlim-məşq toplanışını davam etditən "Simurq" bu gün növbəti yoxlama görüşünü keçirib.
Korner.az-ın məlumatına görə, Zaqatala təmsilçisi Tanzaniya çempionu "Young Africans" klubu ilə qarşılaşıb. Gərgin keçən matçda qalib müəyyənləşməyib – 2:2.
Qeyd edək ki, "Simurq" ilk yoldaşlıq görüşündə Almaniyanın "Vilvert" klubunu 1:0 hesabı ilə məğlub etmişdi.
