Bu gün Azərbaycan Premyer Liqasında 34-cü tur start götürür.
İdmanxeber.com-un məlumatına görə, turun açılış matçında bir oyun baş tutacaq.
Zaqatalada "Simurq" turnir cədvəlinin son pilləsində qərarlaşan "Bakı"nı qonaq edəcək.
Azərbaycan Premyer Liqası
34-cü tur
15 may (cümə)
17:00. “Simurq” – “Bakı” 4:0
Qollar: Draqan Çeran, 28 (1:0), İdan Vaytsman, 37 (2:0), Draqan Çeran, 80 (3:0), Rəşad Eyubov, 84 (4:0)
Hakimlər: Vüsal Əliyev, Rahil Ramazanov, Rza Məmmədov, İnqilab Məmmədov.
Zaqatala şəhər stadionu.
Turun qalan oyunları sabah keçiriləcək: 18:00. “Xəzər Lənkəran” – AZAL, 20:00. “Qəbələ” – “İnter”, 20:00. “Qarabağ” – “Sumqayıt”.
