“Simurq” klubu heyətdə ciddi dəyişikliklərə əl atıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda 14 futbolçu ilə yollarını ayırıb.
Bunlar Fuad Əhmədov, Ramil Sayadov, Mikayıl Rəhimov, Vasiliy Yanatovskiy, Vidas Alunderis, Tofiq Mikayılov, Nicat Qurbanov, Emin Cəfərquliyev, Rəşad Eyyubov, Daniel Genov, Əli Bağırov, Ruslan Poladov, İqor Tarasovs və Anatoliy Doroşdur.
Komandanın üzvləri İlkin Qırtımov və Aleksandr Şemonayevlə isə müqavilənin müddəti daha bir il artırılıb.
