Dieqo Simeone növbəti mövsümdə də “Atletiko”da çalışacaq.
Korner.az-ın məlumatına görə, bu barədə AS nəşri yazır.
Cari mövsümdə qeydə alınacaq nəticələrdən asılı olmayaraq, argentinalı mütəxəssis Madrid klubundan ayrılmayacaq.
“Atletiko” cari mövsümdə 24 turdan sonra La Liqada dördüncü pillədə qərarlaşıb. Madriddəki 5 illik fəaliyyəti dövründə Simeone keçirdiyi oyunların 187-də qalib gəlib, 61-də heç-heçə edib və 52 görüşdə məğlubiyyət acısı yaşayıb.
Argentinalının rəhbərliyi altında keçirdiyi oyunların 62 faizində “Atletiko” qələbə qazanıb ki, bu da klub tarixində rekord göstəricidir.
