Simeone üçün əlamətdar oyun
23.12.2020 , 17:54

“Atletiko” La Liqanın XV turunda “Real Sosyedad”ı 2:0 hesabı ilə məğlub edib.
Korner.az xəbər verir ki, oyun paytaxt klubunun baş məşqçisi Dieqo Simeone üçün əlamətdar olub.
Belə ki, Simeone Madrid klubu ilə bütün turnirlərdə 300-cü qələbəsini qazanıb. O, bu göstəriciyə 499-cu oyunda çatıb.
