Premyer Liqada ardıcıl uğursuz nəticələr əldə edən "Mançester Siti" klubunun baş məşqçi istefası ilə bağlı şayiələri artırıb.
Korner.az-ın məlumatına görə, bu xəbər "Daily Mail" qəzetində yer alıb. Klub rəhbərliyi bu mövsüm 4 yarışın ikisindən kənarda qalmaqdan narazıdır. Bu səbəbdən də onlar Manuel Pelleqrinini istefaya göndərməyə hazırlaşırlar.
Mənbədə deyilir ki, klub rəhbərliyi "Barselona" ilə Çempionlar Liqası oyunlarını gözləyir. "Mançester Siti" bu mərhələni adlaya bilməsə Pelleqrininin gedişi dəqiqləşəcək. Artıq rəhbərlik əsas namizədini də müəyyənləşdirib. Ançelotti və Quardiolanın təklifi rədd etmələrindən sonra diqqət Dieqo Simeoneyə yönəlib. 44 yaşlı argentinalının yayda "Mançester Siti"yə gəlişi gözlənilir.
