Çempionlar Liqasının yarımfinalında “Çelsi”ni məğlub edərək, finala çıxan “Atletiko” (Madrid) klubunun baş məşqçisi Dieqo Simeone oyundan sonra açıqlama verib:
Korner.az təcrübəli mütəxəssisin açıqlamasını sizə təqdim edir:
“Finala çıxmaq üçün bütün gücümüzlə mübarizə apardıq. Fernando Torres ilk qolu vurdu, amma bizim bir qolumuzun iki sayılacağını bilirdik və bu qolu vurmaq üçün mübarizə aparmaq məcburiyyətindəydik. Bu nəticə böyük bir komanda oyununun məhsuludur. Bu gözəl finala çatma şansını özümüz yaratdıq. İlk hissə çox mübariz və taktiki mücadilə ilə keçdi. İlk qolu onlar vurdu, ancaq sonra bərabərliyi bərpa edib, önə keçmə şansını əldə etdik”.
