“Atletiko”nun baş məşqçisi Dieqo Simeone klubun tarixinə düşüb.
Korner.az-ın məlumatına görə, argentinalı mütəxxəssis La Liqanın son turunda paytaxt təmsilçisi ilə 100-cü qələbəsini qazanıb.
Madrid klubunun La Liqanın 5-ci turunda “Almeriya”nı minimal hesabla (1:0) məğlub etdiyi qarşılaşma əlamətdar olub. Simeone bu nəticə ilə “Atletiko”nun tarixində 100-cü qələbəsini qazanan üçüncü məşqçi olub.
