Simeone 250-yə çatdı
14.01.2019 , 11:00

İspaniya “Atletiko”su baş məşqçisi Dieqo Simeonenin rəhbərliyi altında 250-ci qələbəsini qazanıb. Bu yubiley Primeranın XIX turuna təsadüf edib.
“Levante” üzərində 1:0 hesablı qələbə mütəxəssis üçün əlamətdar olub. O, bu göstəricidə klub tarixində 2-ci mütəxəssisdi. Yalnız Luis Araqones “Atletiko” ilə daha çox – 308 dəfə qalib gəlib.
Simeone bütün turnirlərdəki 250-ci qələbəsini 408-ci oyunda əldə edib. Qalibiyyət faizi 61-ə bərabərdi.
