Şimali Makedoniya – Azərbaycan oyununun hakimləri bilindi
16.11.2022 , 11:48

Şimali Makedoniya və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun hakim təyinatları açıqlanıb.
Korner.az xəbər verir ki, qarşılaşmanı Albaniyadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Enea Yorgjiyə İlir Tartaray və Doyando Miftari laynsmanlar qismində köməklik göstərəcək.
Dördüncü hakim funksiyasını Şimali Makedoniyadan olan Yovan Kaçevski yerinə yetirəcək.
Noyabrın 20-də Skopyedəki “Todor Proeski Milli Arena”sında oynanılacaq qarşılaşma saat 17:00-da start götürəcək.
Azərbaycan yığması bu gün Kişinyovda Moldova millisinin qonağı olacaq. Oyun saat 21:00-da başlayacaq.
