DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində milli komandamızla eyni qrupda yer alan Şimali İrlandiya və Rusiya millilərinin bu gün bir-birilərinə qarşı oyunu baş tutmaya bilər.
Korner.az-ın məlumatına görə, buna səbəb hal-hazırda Belfsatda güclü qarın yağmasıdı. Bir neçə saatdan sonra UEFA-nın rəsmi nümayəndələrinin də iştirakı ilə oyunun keçiriləcəyi “Vindzor Park” stadionuna baxış keçiriləcək. Bundan sonra son qərar veriləcək.
