"Portuqaliya ilə oyunumuz çox çətin alındı. Rəqibin hücumlarının qarşısını almaq heç də asan deyildi. Ancaq səfərdən bir xalla qayıtdığımız üçün çox şadıq".
Korner.az-ın məlumatına görə, bu sözləri DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində səfərdə Portuqaliya ilə 1:1 bərabərə qalan Şimali İrlandiya millisinin baş məşqçisi Martin O'Neil deyib.
Çalışdırıcı vətənində verdiyi açıqlamada millimizlə oyuna da toxunub:
"Qarşıda Azərbaycanla oyunumuz var. Rəqibimiz müdafiə olunmağı yaxşı bacarır. Azərbaycanın son oyunlarında bunun şahidi olduq. Ona görə də bu oyuna ciddi hazırlaşacağıq. Seçmə mərhələdə ilk qələbimizi doğma meydanda, Azərbaycanla oyunda qazanmaq istəyirik".
