Azərbaycan milli komandasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirəcəyi daha bir oyunun başlanma vaxtı müəyyənləşib.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, noyabrın 14-də Belfast şəhərindəki "WindsorPark" stadionunda keçiriləcək Şimali İrlandiya – Azərbaycan qarşılaşması yerli vaxtla saat 19:45-də (Bakı vaxtı ilə saat 23:45-də) başlayacaq.
