Millimizin DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə keçiriləcək oyununun hakimləri bəlli olub.
Korner.az-ın məlumatına görə, Belfastda keçiriləcək matç fransalı hakimlər briqadasına həvalə olunub.
Görüşün baş hakimi Kleman Torpin olacaq. Ona Nikola Danos və Kril Qrinor kömək edəcək. Dördüncü hakim funksiyasını isə Frenk Şneyder yerinə yetirəcək.
Noyabrın 11-də “Vindzor Park”da keçiriləcək Şimali İrlandiya – Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
