Braziliyanın mərkəz müdafiəçisi Tiaqo Silva DÇ-2014 yarımfinal maçında Almaniyaya qarşı keçirilən oyunda faciəvi məğlubiyyət (1:7) haqda danışdı.
Korner.az-ın məlumatına görə, təcrübəli futbolçu bu məğlubiyyətin ömrünün axrınadək bir ləkə olacağını bildirib:
“Bu məğlubiyyət bütün oyunçulara ömürlərinin axrına qədər ləkə olacaq. Ümid edirəm ki, yaxınlarım mənə bu faciəni unutmağa kömək edəcək”
