Silva “Mançester Siti”nin tarixinə düşdü
15.01.2019 , 09:29

“Mançester Siti”nin futbolçusu David Silva klubun tarixinə düşüb.
Ispaniyalı yarımmüdafiəçi İngiltərə Premyer Liqasının 22-ci turunda “Vulverhempton”la keçirilən görüşdə rekorda imza atıb. Start heyətdə meydana daxil olan 33 yaşlı futbolçu “şəhərlilər”in heyətində 267-ci Premyer Liqa matçına çıxıb. Bu göstərici klub tarixində ilkdir.
Qeyd edək ki, Silva 2010-cu ildən “MS”-də çıxış edir. O, bu mövsüm 17 oyuna 6 qol vurub, 2 məhusldar ötürmə edib.
