Sillessen üçün “Benfika”dan ikinci transfer təklifi
23.05.2019 , 13:10
“Barselona” klubdan ayrılacağını bəyan edən Yasper Sillessen üçün “Benfika”dan ikinci transfer təklifini alıb.
Portuqaliya klubu hollandiyalı qolkiperin transferi üçün katalonlarla anlaşmaq üzrədir
Lissabon təmsilçisi bu keçid üçün 20-25 milyon avro ödəyəcək.
2016-cı ildə “Ayaks”dan 13 milyon avroya transfer edilən Sillessenin “Barselona” ilə müqaviləsi 2021-ci ilə qədərdir. 30 yaşlı əlcək sahibi 31 dəfə Kataloniya klubunun qapısını qoruyub.