Çexiya polisi oyun alqı-satqısında şübhəli bilinən bir neçə futbolçunu həbs edib.
Korner.az-ın məlumatına görə, həbs olunanlar Çexiyanın futbol üzrə müxtəlif divizionlarında iştirak edən komandaların oyunçularıdır.
Ancaq onların arasında yüksək dəstə təmsilçi də var. Polis hazırda Çexiyanın yüksək dəstəsində 4-cü pillədə qərarlaşan “Teplitse” klubunun futbolçularını da sorğu-sual edib.
Həbs olunanların bukmeyker kontorlarında öz komandalarının oyunlarına pul qoyuluşu etdikləri bildirilir.
