Braziliya yığmasının qapıçısı Xulio Sezar Almaniyaya qarşı (1:7) biabırçı məğlubiyyət haqda danışdı.
Korner.az-ın məlumatına görə, təcrübəli “əlcək sahibi” bütün Braziliya xalqından üzr istəyir:
“Olanlar haqda danışmaq çox çətindi. Dəstək olan azərkeşlərə təşəkkürümü bildirirəm. Almaniya yığması sadəcə möhtəşəm idi. İlk qol bizi sındırdı, bu zərbəyə dözə bilmədik. Biabırçı hesaba görə bütün Braziliya xalqından üzr istəyirəm. Biz çempionluğa yaxın olsaq da sonda həlledici nəticəni əldə edə bilmədik.
