Asiya Futbol Konfederasiyasının (AFK) prezidenti Şeyx Salman bin İbrahim əl-Xəlifə FIFA prezidentliyinə namizəd olan Canni İnfantino haqqında şok açıqlama verib.
Korner.az-ın məlumatına görə, o, UEFA-nın baş katibi olan İnfantinonun prezident seçiləcəyi təqdirdə FIFA-nı müflis edəcəyini deyib.
“İnfantino deyir ki, futbolun inkişafı üçün FIFA-nın 209 üzvünün hər birinə 5 milyon dollar pul ayıracaq. Bu isə indiki məbləğdən 2.5 dəfə çoxdur. Bu gedişlə FIFA yaxın 3 ildə müflis olar”, – deyə Şeyx Salman bildirib.
