Şeydayevin komandasından heç-heçə
30.10.2023 , 12:56

Tailand çempionatında 9-cu turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, millimizin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” “Patum Yunayted”lə qarşılaşıb.
Matç 0:0 hesabı ilə başa çatıb.
Start heyətdə meydana çıxan Şeydayev sona qədər oynayıb. O, 82-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
