Şeydayevin komandası uduzdu
20.04.2019 , 19:31

Rusiya çempionatında 24-cü turun görüşləri baş tutub.
Millimizin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Krılya Sovetov” klubu səfərdə “Dinamo Moskva” kollektivi ilə qarşılaşıb. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Ramil Şeydayev 68-ci dəqiqə də əvəzlənib.
Rusiya çempionatı / 24-cü tur:
20 aprel, şənbə
“Dinamo Moskva” – “Krılya Sovetov” 1:0
Qol: 22′ Kril Pançenko (1:0)
Qeyd edək ki, Krılya Sovetov 24 turdan sonra 27 xal ilə 12-ci pillədə qərarlaşıb.
