Zədənləndiyi üçün 21 yaşadək futbolçulardan ibarət yığmamızın heyətindən kənarlaşdırılan “Qarabağ”ın hücumçusu Ramil Şeydayevin durumu müəyyənləşib.
Bu barədə Qol.az-a açıqlamasında futbolçu özü məlumat verib. O deyib ki, dizindən zədə aldığından Avropa çempionatının seçmə mərhələsində Almaniya ilə oyunu buraxacaq. Kosova ilə görüşdə isə onun iştirakı sual altındadır.
Azərbaycan Avropa çempionatının seçmə mərhələsində noyabrın 9-da Almaniya, 14-də isə Kosovo yığması ilə qarşılaşacaq
“Qarabağ”ın mətbuat xidmətindən isə Qol.az-a bildirilib ki, futbolçunun zədəsi ciddi deyil. Onun zədəsinin komandanın Premyer Liqadakı növbəti oyununa – noyabrın 17-də “Sumqayıt”la matça qədər tam sağalacağı gözlənilir.
