Slovakiya çempionatında 2-ci turun oyunları keçirilib.
Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu son çempion “Jilina” doğma meydanda “Tatran”la qarşılaşıb. Beş qolun vurulduğu oyun futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb – 2:3. Millimizin forvardı bu qarşılaşmanın iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.
Xatırladaq ki, ilk turda da məğlubiyyətlə üzləşmiş “Jilina” hazırda sonuncu pillədə qərarlaşıb.
