Şeydayev oynadı, “Trabzonspor” 3 qolla qalib gəldi
30.07.2018 , 11:03

Millimizin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Trabzonspor” növbəti yoxlama oyununu keçirib.
Qara dəniz təmsilçisi Türkiyə I Liqasında çıxış edən “Samsunspor” klubu ilə görüşüb. Matç “Trabzonspor”un 3:0 hesablı qələbəsiylə yekunlaşıb.
Ramil Şeydayev 45-ci dəqiqədə Uqo Rodalleqanın yerinə meydana daxil olub və 87-ci dəqiqədə əvəzlənib. Oyunda vurulan hər üç qol ikinci hissədə qeydə alınıb.
