Şeydayev ehtiyatda qaldı, “Dinamo” uduzdu
22.09.2019 , 21:24

Rusiya Premyer Liqasında X turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, yığmamızın üzvü Ramil Şeydayevin çıxış etdiyi “Dinamo” öz meydanında “Soçi” ilə qarşılaşıb və 3:2 hesabı ilə məğlub olub.
Ramil Şeydayev ehtiyatda qalıb.
“Dinamo” 10 xalla 16 komanda arasında 11-ci pillədə qərarlaşıb.
