Şeydayev “Dinamo” ilə barışdı
18.04.2020 , 13:19

Rusiya Futbol İttifaqının Mübahisələrin Həlli Palatasının iclası keçirilib.
Korner.az-ın məlumatına görə, qış fasiləsində “Dinamo”dan ayrılan Ramil Şeydayevlə Moskva klubu arasında barışıq sazişi təsdiq edilib.
Bununla da paytaxt təmsilçisinə yeni futbolçuların qeydiyyatdan keçirilməsi ilə bağlı qoyulan qadağa aradan qalxıb.
“Dinamo” Azərbaycan millisinin üzvü ilə müqaviləyə vaxtından əvvəl xitam verdiyi üçün cəzalandırılmışdı.
