Futbol

Şeydayev azarkeşlərdən üzr istədi

13.06.2019 , 10:05

Azərbaycan millisinin üzvü Ramil Şeydayev Avro-2020-nin seçmə mərhələsində Slovakiyaya böyükhesablı məğlubiyyətə  görə azarkeşlərdən üzr istəyib.

Korner.az-ın məlumatına görə, bu barədə o, özünün “Feysbuk” səhifəsində yazıb:

“Dünənki zəif oyunumuza görə üzr istəyirəm. Siz daha yaxşısına layiqsiniz”.

Qeyd edək ki, millimiz Bakıda Slovakiyaya 1:5 hesabı ilə uduzub. Matçda yığmamızın yeganə qolunu R. Şeydayev vurub.

Son yazılar

Yuxarı