Türkiyə Super Liqasında mübarizə aparan “Trabzonspor”un vitse-prezidenti Nevzat Aydın klubun prezident Muharrem Ustanı tənqid edib.
Korner.az-ın məlumatına görə, Aydın sosial şəbəkə hesabında klub rəhbəri haqda sərt yazı yazıb.
O, mövsümün əvvəlində edilən transferlərə görə Ustanı günahlandırıb:
“Klubda transfer işlərini görən işçilər Muahrem Ustanın rəhbərliyi ilə İbanes, Hyun-Yun Suk və Ramil Şeydayevi aldılar. Mövsümün başlamasına az qalmış gördüm ki, vəziyyət yaxşı deyil. Özüm bu işlərə qarışdım.Aldıqları futbolçular heç də qanedici deyildi. Kastilyo, Duritsa, Bero və Onazi transferlərini isə mən etdim. Avrokuboklara vəsiqə qazanacağımızı söz verməyimizə baxmayaraq, bütün yükü üzərimə götürdüm”.
Xatırladaq ki, Qara dəniz təmsilçisi Şeydayevi qış fasiləsində Slovakiyanın “Jilina” klubuna icarəyə verib. Millimizin üzvü Super Liqada cəmi 1 oyunda iştirak edib.
