Qazaxıstanın Almatı şəhərində təşkil olunmuş «Prezident kuboku» turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Gürcüstan yığması arasında bu gün keçirilmiş oyundan sonra yığmamızın baş məşqçisi Təbriz Həsənov fikirlərini bildirib. Korner.az-ın AFFA-ya istinadən verdiyi məlumata görə Həsənov bunları deyib: «Turnirə qələbə ilə başlamaq istəyirdik. Sevindiricidir ki, istəyimizə nail olduq. Qələbə qazanmağımıza baxmayaraq, komandada müəyyən çatışmazlıqlar var. Əsasən fiziki cəhətdən bəzi oyunçular istənilən səviyyədə deyil. Növbəti oyunlara da qələbə qazanmaq üçün çıxacağıq».