“Sevilya”dan yeni transfer
27.01.2021 , 18:24

“Sevilya” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, La Liqa təmsilçisi “Atalanta”dan yarımmüdafiəçi Alexandro Qomesi transfer edib.
Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. 32 yaşlı yarımmüdafiəçi ilə 2024-cü ilədək müqavilə bağlanılıb.
Qeyd edək ki, Alexandro Qomes 2014-cü ildən “Atalanta”nın uğurları üçün çalışırdı.
