“Sevilya”dan “Real Sosyedad”a
25.01.2021 , 20:59

“Real Sosyedad” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, La Liqa təmsilçisi “Sevilya”dan hücumçu Karlos Fernandesi transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı forvardla müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.
