“Sevilya”dan getmək istəyir
19.02.2025 , 23:58

Hazırda “Sevilya”da forma geyinən Markao komandasından ayrıla bilər.
Korner.az xəbər verir ki, braziliyalı oyunçu çox az forma şansı qazandığı üçün klubunu dəyişmək istəyir.
28 yaşlı futbolçu artıq özünə yeni klub axtarmağa başlayıb.
Təcrübəli müdafiəçi La Liqada bu mövsüm 14 oyuna çıxıb. O, bu matçlarda 687 dəqiqə meydanda olub.
