“Sevilya”dan gedir – Özü açıqladı
15.05.2025 , 17:37

“Sevilya”nın futbolçusu Susonun komandadakı gələcəyi məlum olub.
Korner.az xəbər verir ki, o, mövsümün sonunda La Liqa klubundan ayrılacaq.
Bu barədə ispaniyalı yarımmüdafiəçi açıqlamasında deyib.
Futbolçu klubu ilə yayda başa çatacaq müqaviləsini yeniləməyəcəyini bildirib.
