“Sevilya”dan Çin klubuna
20.02.2020 , 19:55

“Sevilya”nın futbolçusu Daniel Karrisu karyerasını Çində davam etdirəcək.
Korner.az xəbər verir ki, 31 yaşlı müdafiəçi “Uhan Zall” klubuna keçib.
Bu barədə “Sevilya”nın rəsmi saytı məlumat yayıb. Karrisu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Karrisu 2014-cü ilin yayından “Sevilya”da çıxış edirdi.
