“Sevilya” və Dortmund “Borussiyası” yaxın müddətdə Çiro İmmobilenin transferini rəsmiləşdirəcəklər.
Korner.az-ın məlumatına görə, İtaliya yığmasının 25 yaşlı futbolçusuna görə ispan təmsilçisi 12 milyon avro ödəyəcək.
Xatırladaq ki, ötən yay “Borussiya” forvardı “Torino”dan 19 milyon avroya transfer etmişdi. Son mövsümdə İmmobile dortmundluların heyətində 33 oyuna 10 qol vurmuşdu.
