“Sevilya”da yeni müqavilə
10.04.2025 , 20:30

“Sevilya”da yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, La Liqa təmsilçisi Xuanlu Sançesin sözləşməsinin müddətini yeniləyib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı müdafiəçinin kontraktı 2029-cu ilin yayına kimi uzadılıb.
Oyunçu bu mövsüm Əndəlus təmsilçisinin heyətində 27 oyun keçirib, 5 qol vurub, 4 məhsuldar ötürmə verib.
