Dünya Futbolu

“Sevilya”nın baş məşqçisi istefaya göndərildi

22.05.2019 , 18:05

İspaniyanın “Sevilya” baş məşqçisi Xoakin Kaparrosu vəzifəsindən azad edib.

Bu barədə klubun rəsmi saytı xəbər verib. Əndəlus klubu 63 yaşlı futbol adamını bu il martın 15-ində rəsmi olaraq baş məşqçi vəzifəsinə gətirmişdi.

Qeyd edək ki, “Sevilya”nın yeni baş məşqçisinin Eusebio di Françesko olacağı gözlənilir. 49 yaşlı italiyalının son iş yeri İtaliyanın “Roma” klubu olub.

Son yazılar

Yuxarı