“Sevilya” onu komandada saxlamaq istəmir
19.08.2024 , 11:03
“Sevilya” argentinalı sol cinah müdafiəçisi Markos Acuna ilə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, İspaniya klubu futbolçu ilə davam etmək fikrində deyil.
La Liqa təmsilçisi oyunçunun fiziki durumunu artıq yetərli saymır və onunla yollarını ayırmaq istəyir.
Hazırda təcrübəli futbolçu ilə “Qalatasaray”, “River Pleyt” və “Korintians” kimi klublar maraqlanır.
“Sevilya”nın 2020-ci ildə “Sportinq”dən 11,2 milyon avroya transfer etdiyi təcrübəli müdafiəçi İspaniya klubunda 149 matçda meydana çıxıb, 6 qol vurub və 16 məhsuldar ötürmə edib.
Mina Musayeva