Avropa Liqası: ilk finalçı məlum oldu
17.08.2020 , 01:37

Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.
Almaniyada keçirilən mərhələnin ilk oyununda “Sevilya” və “Mençester Yunayted” üz-üzə gəlib. İspaniya klubu 2:1 hesabı ilə qalib gələrək ilk finalçı olub.
Bu gün keçiriləcək digər yarımfinalda “İnter”lə “Şaxtyor” üz-üzə gələcək.
Avropa Liqası
Yarımfinal
16 avqust
23:00. “Sevilya” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) – 2:1
Qollar: Suso, 26, De Yonq, 78 – Fernandeş, 9 (pen.)
