“Sevilya” məvacibləri azaltdı
08.04.2020 , 16:51

İspaniyanın “Sevilya” klubu futbolçularının məvacibini azaldıb.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı açıqlama yayıb.
Klub, futbolçuların və məşqçi heyətinin məvacibini 70 faiz azaltdığını bildirib.
Bundan başqa, “Sevilya” 254 işçinin bir hissəsini tətilə göndərib, digər hissəsinin isə iş saatını azaldıb.
